Newscenter.az.9.07.2020. "Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi" Layihəsi Azərbaycanın bölgələrində davam edən fəaliyyətlərinə dair görüş keçirilib. Layihə Avropa İttifaqı maliyyə dəstəyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə həyata keçirilir.
Newscenter.az xəbər verir ki, 2020-ci ilin iyun-iyul aylarında, 5 rayonu əhatə edən Aqrar Məsləhət Xidmətlərinin (AMX) Gücləndirilməsinə dair sorğuların keçirilməsi planlaşdırılır. İyun ayında Samux, Kürdəmir və İsmayıllı rayonlarında könüllülər və tədqiqatçıların iştirakı ilə qiymətləndirmə sorğusu həyata keçirilib.
Sorğulara əsasən Azərbaycanda kənd təsərrüfatına dair məsləhət xidmətlərinin təkmilləşdirilməsi üçün güclü məlumatlandırma mexanizmin qurulmasına ehtiyac var. Sorğunun ilkin nəticələri dövlət və özəl sektor arasında əlaqələrin yaxşılaşdırılmasının, xüsusilə uzaq ərazilərdə fermerlər arasında aqrar məsləhət xidmətləri barədə məlumatlılığın artırılmasının, DAİM-lərin bütün növ məsləhət xidməti təminatçıları ilə əməkdaşlığının gücləndirilməsinin zəruriliyini göstərir. Bundan əlavə, pandemiyan;n yaratdığı çətinliklərə baxmayaraq, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin və xidmət təminatçılarının mütəmadi dəstəyi ilə sorğular baş tutub.
Sorğulardan əldə olunan nəticələr fermerlər üçün bu xidmətlərin vacibliyi və onların keyfiyyətli və etibarlı xidmətlərə tələbətı olduğu məlum olacaq. Məsləhət xidməti təminatçıları və müştərilər arasında münasibətlərin tənzimlənməsi, inkişaf mexanizmi, habelə Azərbaycanda AMX sahəsində mövcüd vəziyyət haqqında daha ətraflı məlumat qiymətləndirmə hesabatında öz əksini tapacaqdır.
İyul ayı ərzində Quba, Xaçmaz və Lənkəran bölgələrindəki fermerlər, xidmət təminatçıları və digər maraqlı tərəflər üçün qiymətləndirmə sorğusunun aparılması planlaşdırılır.
Layihənin yerli məsləhətçisi Fariz Ələkbərovun iştirakı ilə könüllülər üçün təlim proqramı təşkil edilərək bu bölgələrdə könüllülər arasından potensial tədqiqatçılar seçilib. Təlimin məqsədi iştirakçılara müsahibə və sorğuların metodologiyasını izah etmək və sorğularda dəqiq məlumat toplamaq üçün peşəkarlıq səviyyələrini artırmaqdır. Ölkə daxilində karantin rejimin hökm sürdüyü və məhdudiyyətlərin davam etdiyi dövrdə könüllülər və fermerlərlə qiymətləndirmə təlimlərinin onlayn Zoom Proqramı vasitəsilə keçirilməsi qərara alındı.
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) regional şöbələri, DAİM ilə sıx əməkdaşlıq edərək sorğuda iştirak edənlər şəxslər müəyyən edilib. Seçilən könüllülərə layihənin quruluşu, əsas məqsədləri, məsləhət xidmətlərinin əhəmiyyəti, məlumatların toplanması üsulları, sorğunun aparılma metodologiyası haqqında məlumatlar verildi.
Layihənin ümumi məqsədi sorğu və qiymətləndirmənin nəticələrinə əsasən ölkədə aqrar məsləhət xidmətlərinə (AMX) dair dolğun məlumat əldə etməkdir. Layihə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycan üzrə Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi və Avropa İttifaqının birgə əməkdaşlığı ilə həyata keçirilir.