Newscenter.az.9.07.2020. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun «Xırdalan dairəsi” istiqamətində avtonəqliyyat vasitələrinin geri dönməsini təmin etmək məqsədi ilə sözügedən avtomagistralın təqribən 8-ci km-də yerləşən və dəmir yolu üzərində inşa olunmuş yol ötürücüsünün alt hissəsində 2 hərəkət zolaqlı yeni geridönmə hissəsi yaradılıb.
Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olan məlumata görə, yeni yol hissənin yaradılması ilə uzun məsafə qət edib geridönmə əməliyyatını “Xırdalan dairəsi”ndən etməyə lüzum qalmayacaq. Bu isə öz növbəsində “Xırdalan dairəsi” ətrafında yaşanan tıxac və ləngimələrin aradan qaldırılmasına müsbət mənada təsir edəcək.
Qeyd edək ki, yeni yol hissəsi bir istiqamətlidir və yalnız paytaxtda doğru geridönməni təmin edir.
Anar