Newscenter.az.10.07.2020. Türkiyədəki tarixi Aya Sofiya kilsəsinin məscidə çevrilməsi və bununla bağlı prezident Ərdoğanın qərar verməsi Avropadakı bəzi dairələr tərəfindən etirazla qarşılanıb. Rəsmi Ankaranın belə bir qərar qəbul etməsi qoca qitədə sərt tənqid olunub.
Newscenter.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlu öz mövqeyini ifadə edərək bildirib ki, bu gün Türkiyəyə qarşı irad bildirən dairələr tarixi məscidlərimizin heyvan, donuz ahuruna çevrilməsinə göz yumublar:
"Tarixi məscidlərimiz ahur halına salınarkən heç bir səsi çıxmayanların 567 il əvvəl sənədləri Türklərə keçən bir əsərin ibadətə açılmasından nə üçün rahatsızdırlar.
Azərbaycana aid torpaqları işgal edən Ermənistan 4000 illik türk şəhəri olan Ağdamda 1868-1870 illərı arasında memar Kərbalai Safi Xan Qarabaği tərəfındən inşa edilən tarixî məscidi inək və domuz ahuruna çevrirməsinə səsiniz çıxmadı kimin".
Mehman