Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kürdəmirdə böyük həcmli sosial layihə həyata keçirilir-FOTOLAR



Newscenter.az.11.07.2020. Kürdəmir rayonunda böyük həcmli sosial layihəyə start verilib.

Newscenter.azən xəbərinə görə, bu barədə məlumatı sözügedən rayondan Milli Məclisə deputat seçilmiş Əminə Ağazadə verib. Deputat bildirib ki, layihənin hədəfi rayon əhalisinin ən az təminatlı ailələri, valideyinlərini itirmiş uşaqlar, tək analar, xəstə yatağına məhkum olan qocalar və uşaqlardır:

"Məqsəd bu qrupdan olan şəxslərin sosial ehtiyaclarının qarşılanması, geyim, məktəb ləvazimatı, əlillər üçün nəzərdə tutulmuş avadanlıqlarla təmin edilməsi, vətəndaşların miqrasiya, yerli icra orqanları və digər qurumlarla sənəd tərtibatının hazırlanmasında köməklik edilməsi və s.dir. Hədəf qruplarından biri də Qarabağ döyüşlərində şəhid olmuş və ya səhhətini itirmiş şəxslərin və onların ailə üzvlərinin səhiyyə problemlərinin qarşılanmasıdır. Xüsusi minnətdarlıq hissi ilə bildirirəm ki, layihənin icrası ölkə ərazisində fəaliyyət göstərən ən böyük qeyri-hökumət təşkilatlarından olan “Uğur” Gənclər qrupu və “Xeyriyyə” QHT tərəfindən həyata keçirilir və layihənin hədəfi rayonumuzada bu sinifdən olan 3000-5000 (üç-beş min) ailənin ehtiyaclarını qarşılamaqdır".

Deputat qeyd edib ki. bu məqsədlə “Uğur” Gənclər qrupu və “Xeyriyyə” QHT-nin rəhbərləri Günel Abbasova və Qahirə Rzayeva iki gün müddətində rayonda olub, layihənin fəaliyyət istiqamətlərini müəyyənləşdiriblər:

"İlk olaraq Rayon İcra Hakimiyyəti, yerli icra strukturları, təhsil şöbəsinin təqdim etdiyi məlumatlar əsasında yerlərdə real vəziyyətlə tanış olduq. Layihənin rəhbər şəxsləri tərəfindən rayonun Qarasu, Şilyan, Atakişili, Çöhranlı kəndlərində siyahıya alınmış ailələrin ünvanlarında real vəziyyət qiymətləndirildi. Qeyd etməliyəm ki, artıq iki gün ərzində iyirmidən çox ailəyə baxış keçirilərək konkret yardımlar edildi. Növbəti həftədən bu proses digər kənd və qəsəbələrimizdə də davam etdiriləcək. Xüsusi olaraq qeyd edim ki, layihənin idarə edilməsi deputatın ofisi tərəfindən aparılır və vətəndaşlarla görüşlər, onların problemləri haqqında məlumatların əldə edilməsi, müvafiq istiqamətlərin verilıməsi birbaşa olaraq mənim xüsusi nəzarətim altındadır. Fürsətdən istifadə edərək “Uğur” Gənclər qrupu və “Xeyriyyə” QHT-nin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm, onlara işlərində uğurlar arzulayıram".

Əminə Ağazadə sonda seçicilərinə müraciət də edib:

"Əziz seçicilərim, mənim doğmalarım! Pandemiya səbəbindən rayona gəlmək, sizlərlə canlı ünsiyyət qurmaq imkanım olmasa da fikirlərim, düşüncələrim daim sizinlədir və mən ümid edirəm ki, biz hamılıqla bu çətin günləri arxada qoyaraq bir çox problemlərimizin öhdəsindən birlikdə gələcəyik. Özünüzü və ailələrinizi qoruyun!!!"

Anar
Xəbəri paylaş