Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Qarabağ əlilinin mənzil problemini həll edir-FOTOLAR



Newscenter.az.12.07.2020. "Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, müharibə əlillərinin, qazilərimizin problemlərinin həllini daim diqqət mərkəzində saxlayır. Ötən illər ərzində bu sahədə genişmiqyaslı işlər görülüb. Belə ki, bu kateqoriyaya aid insanların təqaüdlərinin, müavinətlərinin artırılması, onların sosial müdafiəsini gücləndirmək, mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə ardıcıl olaraq addımlar atılır".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım səsləndirib. O, qeyd edib ki, hər il yüzlərlə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri dövlət tərəfindən mənzillə təmin olunur:

"İyulun 6-da yerli televiziyalara müsahibəsində Prezident İlham Əliyev bu il ərzində 1500 şəhid ailəsinin mənzillə təmin ediləcəyini bildirib.
Bərdə rayonunun millət vəkili olaraq həssas qrupa aid vətəndaşlarımızın problemlərinin həllinə çalışmaq öncəlikli vəzifəmizdir".

Millət Məclisin deputatı bildirib ki, bu yaxınlarda Bərdə rayon Hacıəhmədli kəndində yaşayan II qrup Qarabağ əlili İsmayıl Rüstəm oğlu Rüstəmov ev şəraitinin acınacaqlı olması ilə bağlı mənə müraciət edib:

"Çadırda yaşayan qazimiz, vaxtilə müharibə əlilləri üçün dövlət tərəfindən verilən ev növbəsinə durmayıb, özünə güvənib və dövlətə yük olmaq istəməyib. Lakin indi İsmayıl qardaşımızın maddi çətinliklər səbəbindən vəziyyəti ağırdır, ailədə ağır xəstə olduğundan evini tikib başa çatdıra bilmir. Qarabağ əlilinin belə bir durumla qarşı-qarşıya qalmasından ciddi narahatlıq keçirtdim. Çünki müharibədə qəhrəmancasına vuruşmuş bu şəxs rayonda vətənpərvər bir insan kimi tanınır. Eyni zamanda, YAP üzvü olan İsmayıl qazimiz bizim seçkiqabağı təbliğat görüşlərimizdə də xüsusi fəallıq göstərib".

Fatma Yıldırım diqqətə çatdırıb ki, onun mənzil şəraitinin yaxşılaşdırılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə köməklik göstərilməsi üçün müraciət edib:

"Cavab olaraq məsələnin araşdırıldığı və karantin dövründən sonra həllinə köməklik gostəriləcəyi bildirildi. İnanıram ki, dövlətimiz hər zaman olduğu kimi bu dəfə də Qarabağ qazisinə öz qayğısını göstərəcək".

Anar
Xəbəri paylaş