Newscenter.az.13.07.2020. Ötən gün Ermənistan hərbi birləşmələrinin Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhədimizdə növbəti təxribat cəhdlərinə Azərbaycan Ordusu tərəfindən mətanətlə layiqincə cavab verildi. Düşmənə sarsıdıcı zərbələr vuruldu. Şanlı Ordumuzun cəsur oğulları erməni terroçularına layiq olduğu cavabı verməklə hər birimizi qürurlandırır. Düşməni geri öz murdar yuvalarına çəkilməyə məcbur edən, təşviş içinə salan igid Ordumuzun qartalları ilə hamımız fəxr edirik. 10-larla erməninin leşini yerə sərən Azərbaycan Milli Ordusuna Eşq Olsun!
Ermənistan hökuməti artıq azğınlığın son həddinə çatıb. Son aylarda Paşinyanın və onun komandasının sülh danışıqlarının pozulmasına çağırışları, təxribatçı bəyanatları və erməni hərbi birləşmələrinin təxribat cəhdləri artıq bu qudurğanlığın şiddətləndiyini göstərir. Bu gün Ermənistan xarici qüvvələrin dəstəyi ilə bu təxribatları icra edir. Ancaq onlar Mili Ordumuzun hər dəfə sarsıdıcı həmlələri qarşısında geri çəkilirlər.
Ermənistan ordusunun Tovuz istiqamətində növbəti hücumu hər an müharibənin başlanmasını labüd edir. Ermənistan artıq bu əməlləri ilə sülh istəmədiyini, danışıqları süni olaraq uzatmağı və terrorçu xislətini hər an mübarizə verdiyini göstərir. Dünənki hadisələr də onu göstərdi ki, düşmən danışıqlara getmək, işğalda saxladığı torpaqları geri qaytarmaq istəmir. Azərbaycan dövləti artıq bu erməni vəhşiliyinə biganə qalmaq niyyətində deyil. Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Ermənistan Aprel hadisələrini unutmamalıdır. Azərbaycan hərb yolu ilə torpaqlarımızı azad etməyə yaxındır. Ordumuz beynəlxalq səviyyədə qəbul olunmuş doğma torpaqlarımızı azad etmək üçün hər an Ali Baş Komandanın əmrini gözləyir. Hamı əmindir ki, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında mütləq zəfər yürüşü başlayacaq.
Və Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Onların ailələrinə baş sağlığı verirəm. Yaralılara şəfa diləyirəm.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor