Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gülarə Verdiyeva: "Hamılıqla cənab Ali Baş Komandanımızın əmr və tapşırıqlarını gözləyirik"



Newscenter.az.14.07.2020. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. Newscenter.az həmin müraciəti təqdim edir:

Möhtərəm Prezident, cənab Ali Baş Komandan,

Mən, bir Azərbaycan vətəndaşı kimi həmişə Sizin apardığınız daxili və xarici siyasətə, eləcə də Ordu quruculuğumuza göstərdiyiniz diqqətə inanaraq əminliklə qeyd edirəm ki, Sizin qətiyyətli siyasətiniz və məğlubedilməz ordumuzun gücü sayəsində qısa bir zamanda erməni işğalçılarının təcavüzkar addımlarının qarşısı alınacaq və üçrəngli şanlı bayrağımız yaxın zamanlarda Dağlıq Qarabağımızda və digər tarixi torpaqlarımızda dalğalanacaqdır.

Sağlam düşüncəli hər bir Azərbaycan vətəndaşı kimi mən də Sizin və Birinci vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın ətrafında sıx birləşərək Sizlərin ölkəmizə, xalqımıza göstərdiyiniz diqqət və qayğıdan qürur hissi duyur və müstəqil Azərbaycanımızın Sizin kimi qətiyyətli Prezidentinin olması ilə fəxr edirəm.

Bu günlərdə mənfur düşmənin atəşkəsi pozması bir daha onların təcavüzkar olmasını sübut edir. Tam qətiyyətlə əmin olduğumu bildirmək istəyirəm ki, tezliklə Azərbaycan ordusu Sizin rəhbərliyinizlə mənfur düşmənin layiqli cavabını verəcəkdir.

Səmimiyyətlə qeyd etmək istəyirəm ki, hamılıqla Sizin- cənab Ali Baş Komandanımızın əmr və tapşırıqlarını gözləyirik.

Tanrı Sizi qorusun!

Səmimi və xoş arzularla,

Gülarə Verdiyeva
Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini
Xəbəri paylaş