Newscenter.az.14.07.2020. Ermənistanın daha iki hərbçisinin məhv edildiyi məlum olub.
"Report"un xəbərinə görə, bu barədə həmin ölkənin vətəndaşları sosial şəbəkələrdə məlumat paylaşıb.
Azərbaycan əsgərləri tərəfindən məhv edilən hərbçilər Slavik Qaytsakov və Aşot Melkumyandır.
Sosial şəbəkələrdə onlardan birinin - S.Qaytsakovun pasportunun fotosu da paylaşılıb.
Qeyd edək ki, Ermənistan indiyədək cəmi 4 hərbçisinin məhv edildiyini eturaf edib. Digər itkilər isə hələ ki, rəsmən açıqlanmır və gizlədilir.