Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP komissiyasının videokonfrans formatında iclası keçirilib



Newscenter.az.14.07.2020. İyulun 14-də Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının videokonfrans formatında iclası keçirilib.
⠀⠀
Newscenter.az xəbər verir ki, iclasda çıxış edən komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, son günlər Ermənistan özünün təcavüzkar siyasətinin növbəti bariz nümunəsi olaraq dövlət sərhəddinin Tovuz istiqamətində təxribat törədib. Belə ki, döyüş mövqelərimiz, eləcə də mülki əhalinin yaşadığı ərazilər iriçaplı silahlardan, artilleriya qurğularından atəşə tutulub. Azərbaycanın artan nüfuzu, qüdrəti, ordumuzun gücü, xüsusilə ölkə daxilində vətəndaş həmrəyliyi işğalçı Ermənistanı narahat edir. Beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu qəbul olunmuş sənədlərdə də öz əksini tapır. Bütün bunlara görə, Ermənistan çıxış yolunu təxribat törətməkdə görür. Azərbaycan Ordusu qarşı tərəfin təxribatına layiqli cavab verib.

Tədbirdə həmçinin komissiyanın üzvlərindən Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Ramin Məmmədov, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, YAP Siyasi Şurasının üzvü Asəf Hacıyev, Milli Məclisin deputatı, komissiyanın katibi Elman Nəsirov, Milli Məclisin deputatı Mahir Abbaszadə və YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə və başqaları çıxış edərək son günlər Ermənistan tərəfindən törədilən təxribat əməlləri ilə bağlı fikirlərini bildiriblər.

Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının adından son günlər Azərbaycanla Ermənistanın dövlət sərhəddində erməni tərəfinin törətdiyi təxribat əməlləri ilə bağlı bəyanat qəbul olunub. Bəyanat Yeni Azərbaycan Partiyasının üzv olduğu və əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlara, siyasi partiyalara ünvanlanıb.

Mehman
Xəbəri paylaş