Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı ərəbşünaslar son hadisələrlə bağlı ermənilərin dezinformasiya xarakterli məlumatlarına layiqli cavab verdi



Newscenter.az.17.07.2020. 12 iyul 2020 tarixində işğalçı erməni hərbi qüvvələri Azərbaycanın Tovuz istiqamətində qəflətən təxribat xarakterli hücuma keçməyə cəhd göstərmiş və Azərbaycan ordusu tərəfindən layiqli cavab verilmiş və hücum edən tərəf xeyli itkilərlə üzləşmişdir. Ermənilərin təxribat məqsədli cəhdləri məşhur xəbər agentliklərin əsas mövzsusuna çevrilmiş, sosial şəbəklərdə müzakirələrə səbəb olmuşdur. Xüsusi ilə ərəbdilli xəbər agentliklərinə məxsus sosial şəbəkələrdə son hadisələrlə bağlı paylaşılmış xəbərlərin şərh bölməsində ərəbdilli ermənilər Azərbaycanla bağlı yalnış məlumatlar verməklə oxucuları çaşdırmağa çalışmışdır. Lakin Azərbaycan tərəfindən təmsil olunan ərəbşünaslar və ərəb dilini bilən şəxslər könüllü olaraq ermənilərin dezinformasiya xarakterli rəylərinə qətiyyətlə cavab vermiş, Azərbaycanın haqlı mövqeyini bildirən, mötəbər dəlillərə əsaslanan məlumatlar paylaşmışdır. Azərbaycanlı ərəbşünasların informasiya müharibəsi çərçivəsində qətiyyətli addımları ərəb oxucuları tərəfindən rəğbətlə qarşılanmışdır.

EDNews.net
Xəbəri paylaş