Newscenter.az.21.07.2020. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
Newscenter.az-a qurumdan bildirilib ki, AQTA əməkdaşları tərəfindən 20 iyul 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 53 ictimai iaşə obyekti, 182 ərzaq satışı mağazası olmaqla ümumilikdə 235 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 86-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
◾ Bakı şəhəri üzrə:
“Kamal oğlu”, “Bayram”, “Baba”, “Yeni”, “ƏVOA” MMC-yə məxsus marketlər, İsgəndərov Həyətxan Hüseynəli oğluna, Dadaşov Elçin Rüstəməli oğluna, Sarayeva Gülarə Vaqif qızına, Kərimov İsmayıl İsrafil oğluna, Məmmədli Arif Mehdi oğluna, Kərimov Əmir Kamil oğluna, Səmədov Feyruz Səməd oğluna və Məmmədov Davud Qurban oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
◾ Abşeron rayonu, Novxanı kəndində Məmmədov Fəqan Etibar oğluna məxsus ət satışı mağazası
◾ Sumqayıt şəhərində “Səda store” və “Grandmart” marketlər
◾ Xaçmaz rayonunda Tomayeva Nəzakət Molla qızına, Ağayev Samin Sabir oğluna, Ələskərov Məhərrəm Sərdar oğluna, İdrisov Tural Afər oğluna, Kərimova Rəşadət Abdul qızına, Gəbəkbəyov Əfqan Abdulrəhim oğluna, Səlimov Kamran Cəbrayıl oğluna məxsus ərzaq satışı mağazaları, Ağayev Nemət Sadıq oğluna, Kərimov Eyvaz Kərəm oğluna, Nəsrullayev Bəxtiyar Balahməd oğluna məxsus ət satışı mağazaları
◾ Şabran rayonunda İsayev Güləddin Mürsəl oğluna, Qəniyev Məhəmməd İkram oğluna, Bağırov Taleh Arif oğluna, Cəfərov Mehrac Zal oğluna, Məmmədov Mənsur Sabir oğluna və Quliyev Qəzənfər Həsənağa oğluna məxsus ət satışı mağazaları
◾ Salyan rayonunda Axundov Nurlan Əlixeybər oğluna, Cəfərov Toğrul Mahir oğluna, Rzayev Fuad Abseyin oğluna məxsus kafelər, Tağızadə Samid Aləddin oğluna məxsus ərzaq mağazası
◾ Şamaxı rayonunda “Fortuna” restoran, “Narınc” yeməkxana, “Eldarado” market
◾ Göyçay rayonunda Əhmədov Çingiz Ağaismayıl oğluna, Fərəcov Mehdi Baləli oğluna məxsus kafelər, “Nar çiçəyi” kafe
◾ Kürdəmir rayonunda Baxşıyev Qurban Xudabaxış oğluna, Hüseynova Zəminə Hüseynalı qızına, Kərimova Yazgül Yusif qızına və Xələfova Lalə Paşa qızına məxsus ərzaq mağazaları, “Paşa” və “Buta” marketlər
◾ Ağdaş rayonunda “Yusif Araz”, “1 inci” marketlər, Məmmədov Bilal Məmməd oğluna, Yusifov Sahib Nəsib oğluna məxsus ərzaq mağazaları, “Novruz” kafe, “İKA” restoran, “Şərab evi” mağazası
◾ Lənkəran rayonunda “Rəhimli” və “Nihad” marketlər
◾ Zaqatala rayonunda Xalayev Məmmədəli Məmməd oğluna, Əliyev Afər Məmməd oğluna, Şabanov Bahəddin Şaban oğluna, Rəcəbov Rəşid Şaban oğluna, Məmmədov Cavanşir Mahmud oğluna məxsus kafelər
◾ Balakən rayonunda Bodurov Yəhya Cəlal oğluna, Məmmədova Nəzakət Fikrət qızına məxsus ərzaq mağazaları
◾ Qax rayonunda İsaqov Əfqan Sabir oğluna məxsus kafe, Şeydayev Bəhruz Əli oğluna məxsus ərzaq mağazası
◾ Qəbələ rayonunda “Üç bulaq”, “Çənlibel”, “Alıbəy” restoranları
◾ Gəncə şəhərində “Elxan”, “Həsən”, “Yusif”, “Asim”, “Ruzi”, “Röya”, “Yunis” və “Əminə” marketlər
◾ Tovuz rayonunda “Qartal” kafe
◾ Qazax rayonunda “Ağbulaq”, “Güllü”, “Zirvə” kafelər, “Qorxmaz” ərzaq mağazası
◾ Ağstafa rayonunda “Karvan”, “Göyçə”, “Zəlimxan” kafelər, “Ağstafa” ərzaq mağazası
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Orxan