Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın sərhəddə törətdiyi təxribatlar Avropa mətbuatında



Newscenter.az.21.07.2020. Millət vəkili Könül Nurullayevanın “Azərbaycan sərhəddə baş verən təxribatların beynəlxalq ictimaiyyət tərəfindən araşdırılmasında və dəqiq qiymətləndirilməsində maraqlıdır” sərlövhəli məqaləsi Avropa mətbuatında dərc olunub. (https://eutoday.net/news/security-defence/2020/azerbaijan-calls-for-international-investigation)

Newscenter.az-ın xəbərinə görə, məqalədə vurğulanır ki, iyulun 12-də erməni silahlı qüvvələri sərhədin Tovuz istiqamətində Azərbaycan mövqelərinə artilleriya atəşi ilə zərbə endirərək bütün beynəlxalq hüquq normalarını pozublar. Bu gözlənilməz zərbə nəticəsində Azərbaycan hərbçiləri şəhid olub və Azərbaycan ordusu özünümüdafiə hüququndan istifadə edərək, qarşı tərəfə adekvat cavab verib: “Ermənistan bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd edərək, məsuliyyətdən boyun qaçırmağa çalışdı. Amma Azərbaycanın

Ermənistanla dövlət sərhədində hər hansı bir hərbi məqsədi yoxdur. Ölkə rəhbərliyinin tapşırığı ilə sərhədin bir hissəsinin qorunması Sərhəd Qoşunlarına həvalə olunub. Yəni, burada Azərbaycan tərəfinin sərhədi hərbiləşdirməsindən söhbət getmir. Lakin Ermənistan tərəfi israrla guya Azərbaycanın hərbi qulluqçuları – iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd göstərdiyini israr edir. Amma Ermənistan özü də anlayır ki, bu ittihamın heç bir məntiqi izahı yoxdur”.

Qeyd olunur ki, rəsmi Bakı açıq şəkildə aidiyyatı qurumlar vasitəsi ilə bütün beynəlxalq təşkilatları məlum hadisələrlə bağlı məlumatlandırıb,

Təhlükəsizlik Şurasının toplantısında Azərbaycan Prezidenti operativ vəziyyət imkan verən kimi, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin nümayəndəliklərində işləyən hərbi attaşelərin, jurnalistlərin, səfirliklərin digər nümayəndələrinin vəziyyətlə yerində tanış olmaları üçün həmin bölgəyə dəvət olunacağını bəyan edib: “Yəni, Azərbaycan tərəfi baş verənlərin beynəlxalq ictimaiyyət tərəfindən araşdırılmasında və dəqiq qiymətləndirilməsində maraqlıdır.

Beynəlxalq ictimaiyyətin diqqət yönəltməli olduğu vacib məqamlardan biri də Azərbaycana məxsus sərhədyanı kəndlərin erməni silahlı birləşmələri tərəfindən atəşə tutulmasıdır. Məlumat üçün deyək ki, iyulun 14-ü mülki vətəndaşımız- Tovuz rayonu, Ağdam kənd sakini 76 yaşlı Əziz Əzizov həlak olmuşdur. Eyni zamanda cəbhə bölgəsində yaşayan mülki əhaliyə xeyli ziyan dəymişdir.

K.Nurullayeva qeyd edir ki, bu məsələ ilə bağlı müvafiq beynəlxalq faktaraşdırıcı missiyanın araşdırma aparmaq imkanı var.

“Sərhəddə baş verən təxribat kimə və niyə lazım idi?” sualına gəlincə, məqalədə qeyd olunur ki, demokratik prinsiplərin tamamilə pozulduğu, Venesiya Komissiyasının tövsiyələrinin rədd edildiyi, siyasi opponentlərin hakimiyyət tərəfindən təqib olunduğu Ermənistan bütün diqqəti əsas məsələlərdən yayındırmaq məqsədilə sərhəddə təxribata əl atdı. Regionda yeni gərginlik yaratdı. Beynəlxalq ictimaiyyət də baş verənlərdən narahatdır. Yeri gəlmişkən, Avropa İttifaqı Ermənistan və Azərbaycanı qarşıdurmanı dayandırmağa və gərginliyin azalması üzrə tədbirlər görməyə çağırıb. Bu barədə Avropa İttifaqının Xarici Siyasət üzrə press ofisi bəyanat yayıb.”

Məqalədə o da qeyd olunur ki, Aİ tərəfləri atəşkəs rejiminə riayət etməyə, enerji və ehtiyatları koronavirus pandemiyası ilə mübarizəyə sərf etməyə, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında substantiv danışıqları bərpa etməyə və əhalini sülhə hazırlamağa çağırır: “Azərbaycan hər zaman münaqişənin sülh yolu ilə həllinə tərəfdar olub, süllh danışıqlarında konstruktivlik nümayiş etdirib. Lakin təəssüf ki, qarşı tərəfin destruktiv fəaliyyəti nəticəsində həll prosesində pozitiv dinamika əldə etmək mümkün olmayıb. Halbuki Azərbaycan beynəlxalq təşkilatların təklifinə uyğun olaraq, Ermənistanla hansısa formada - humanitar, etimad tədbirlərinin gücləndirilməsi və s. əməkdaşlığa hazır ola bilər. Amma Azərbaycan rəhbərliyi bəyan edib ki, bunun üçün mütləq danışıqlar prosesində tərəqqi, sülh razılaşmasına yaxınlaşma olmalıdır. Ermənistan isə hətta qlobal pandemiya dövründə öz resurslarını münaqişə ətrafında vəziyyəti gərginləşdirməyə yönəldir. Halbuki, Aİ-nin çağırışında qeyd olunduğu kimi, resurslar daha çox problemlərin həllinə yönəlməlidir. Çünki hazırda buna bütün dövlətlərin ehtiyacı var. Ən çox da Ermənistanın....”
Xəbəri paylaş