Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-da ermənilər azərbaycanlılara hücum edib, xəsarət alanlar var



Newscenter.az.22.07.2020. ABŞ-da erməni yalanlarına qarşı etiraz aksiyaları davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu gün Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasının önündə həmvətənlərimiz ermənilərlə üz-üzə gəliblər.

Yarım milyon erməninin yaşadığı və baş nazir Nikol Paşinyanın “erməni diasporu”nun paytaxtı adlandırdığı Los-Ancelesdə Qarabağ həqiqətlərinin obyektiv şəkildə təqdim olunması yerli erməni lobbisini narahat edib. Həmvətənlərimiz Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasının önündə aksiya təşkil etməyi planlaşdıran ABŞ-dakı əsas erməni lobbi təşkilatı Amerika Erməni Milli Komitəsinin (ANCA) üzvlərinin önünə canlı sipər çəkiblər.

Aksiya iştirakçıları Ermənistanın işğalçı ölkə olduğunu əks etdirən tarixi faktlar, habelə ermənilərin Azərbaycanın sərhəd rayonu olan Tovuzda təxribat zamanı şəhid olmuş hərbçilərin fotoşəkillərindən ibarət plakatlarlarla “Terrorçu Ermənistan”, “İşğalçılığı dayandır”, “Uşaq qatilləri”, “Ar olsun Ermənistana!” şüarları səsləndiriblər. Aksiya zamanı ermənilər təxribata əl atıblar. ABŞ poilisi yüzlərlə erməninin toplaşdığı ərazidə təhlükəsizliyi təmin etməyə çalışsa da, aksiya insitentsiz ötüşməyib. Ermənilər həmvətənlərimizə hüçum çəkiblər. Qarşıdurma zamanı azərbaycanlılar arasında bir neçə nəfər yaralanıb.
Xəbəri paylaş