İTV-nın böyük redaktoru koronavirusa yoluxub, vəziyyəti ağırdır
Tarix: 22-07-2020, 14:57
Newscenter.az.22.07.2020. İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlunun vəziyyəti ağır qiymətləndirilir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.
Onun sözlərinə görə, pasiyent süni tənəffüs cihazına qoşulub, intensiv terapiya şöbəsində müalicəsi davam etdirilir: "Hələlik müalicənin gedişatı ilə bağlı proqnoz vermək mümkün deyil".