Newscenter.az.23.07.2020. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) koronavirus (COVID-19) infeksiyasının qarşısını almaq məqsədilə sanitariya-epidemioloji və profilaktik tələblərin həyata keçirilməsi ilə bağlı onlayn konfrans təşkil edib.
Newscenter.az xəbər verir ki, Agentliyin regional bölmə rəisləri və struktur bölmə rəhbərlərinin iştirak etdiyi videokonfransda məlumat verilib ki, mövcud sanitariya-epidemioloji vəziyyət və xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sistemində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə sanitariya-epidemioloji və profilaktik tələblər təmin edilməlidir. Bunun üçün Agentlikdə sanitariya-epidemioloji və profilaktik tələblərin tətbiqinə, habelə koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərinin təşkilinə nəzarət edilməsi üzrə məsul şəxs təyin olunub.
Eyni zamanda AQTA-nın regional bölmələrində sanitariya-epidemioloji, profilaktik tələblərə, işin təşkilinə nəzarət edilməsi üzrə məsul şəxslərin siyahısı təsdiq edilib. Bundan başqa Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda sanitariya-epidemioloji, profilaktik tələblərə, işin təşkilinə nəzarətlə bağlı öhdəliklər müəyyənləşdirilib. Həmçinin Agentlikdə koronavirus infeksiyasına qarşı mübarizə sahəsində preventiv tədbirlərin müəyyən edilməsi məqsədilə “Yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair daxili sanitariya-epidemioloji Qaydalar”ın təsdiq olunması barədə məlumat verilib. Agentliyin regional bölmələri və tabeli qurumları üzrə təyin olunan məsul şəxslərə müvafiq göstərişlər verilib.
Orxan