Newscenter.az.23.07.2020. Sumqayıt şəhər Bələdiyyəsinin üzvü, dələduzluqda ittiham edilən Fərid Dəmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
“Report”un əldə etdiyi xəbərə görə, iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib və hakim Elçin Məmmədovun icraatına verilib.
Cinayət işi üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, Dəmirov Fərid İslam oğlu etibardan sui istifadə edərək, Osmanov Fərhad Heybət oğluna qarşı dələduzluq etməkdə təqsirləndirilir.
Ona Cinayət Məcəlləsinin 178.2.2-cu (təkrar dələduzluq) maddəsi ilə ittiham verilib.
F.Dəmirov 2011-ci ildən Milli Məclisin deputatı Muxtar Babayevin köməkçisi olub.
2018-ci ildə Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər naziri təyin olunduqdan sonra F.Dəmirov nazirliyin Audit şöbəsində sektor müdiri təyin edilib, bir müddət sonra işdən çıxarılıb.
23 dekabr 2014-cü ildən Sumqayıt şəhər Bələdiyyəsinin üzvüdür.