Azərbaycanda koronavirusa yoluxanların sayı 30 mini keçdi
Tarix: 26-07-2020, 17:07
Nescenter.az.26.07.2020. Azərbaycanda indiyədək ümumilikdə 30 050 nəfər koronavirus infeksiyasına yoluxub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 22 684 nəfər müalicə olunaraq sağalıb, 417 nəfər vəfat edib, 6 949 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.
Bundan başqa, ölkədə ümumilikdə 683 548, son sutka ərzində isə 7 296 test aparılıb.