Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada koronavirusa yoluxanların sayı 16,1 milyonu ötdü



Newscenter.az.26.07.2020. Dünyada COVID-19-a yoluxanların ümumi sayı 16 189 617 nəfərə çatıb.

Bu barədə Newscenter.az ayrı-ayrı ölkələrin koronavirusla bağlı statistikasına istinadən xəbər verir.

Ümumi statistikaya əsasən dünyada 647 597 insan pandemiyanın qurbanı olub. Bununla yanaşı, virusa yoluxmuş 9 907 232 nəfər sağalıb.

Dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 4 315 684 insanın təhlükəli infeksiya analizi müsbət olub. Eyni zamanda virusa yoluxmuş 149 397 nəfər ölüb.

Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Cənubi Amerika ölkəsində 2 396 434 insan koronavirusa yoluxub, 86 496 nəfər ölüb.

Hindistan COVID-19-a yoluxma hallarının sayına görə 3-cü yerdədir. Cənubi Asiyanın bu ölkəsində 1 385 494 insan koronavirusa yoluxub, 32 096 nəfər pandemiyanın qurbanı olub.

Koronavirusun yayılması baxımından Rusiyada da vəziyyət ürəkaçan deyil. Qonşu ölkədə 806 720 koronavirus xəstəsi qeydiyyatdan keçib, 13 192 insan ölüb.

Qeyd edək ki, virusa ən çox yoluxma hallarının sayına görə siyahıda Peru, Meksika, İspaniya, Almaniya, Britaniya, Türkiyə və digər ölkələrin də adı var. Ötən gün Koreya Xalq Demokratik Respublikasında da koronavirusa ilk yoluxma qeydə alınıb. Bununla da koronavirusun qeydə alındığı ölkələri sayı 214-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Anar Tağıyev
Xəbəri paylaş