Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Meksika parlamentinə müraciət edilib



Newscenter.az.26.07.2020. "Milli Məclisin rəhbəri olduğum Azərbaycan-Meksika Parlamentlərarası İşçi qrupunun üzvləri dünən Meksikalı həmkarlarımıza, Meksika Parlamentinə məktubla müraciət etdi".

Newscenter.az xəbər verir ki, bu barədə məlumat verən Milli Məclisin deputatı Jalə Əliyeva deyib ki, müraciətdə ermənilər tərəfindən diplomatlarımıza və diaspor nümayındələrimizə qarşı son günlərdə həyata keçirilən təxribat hadisələri haqqında məlumat verilib:

"Ermənilərin məqsədli şəkildə təşkil etdikləri hücum və provakasiya cəhdlərini, özündə milli zəmində iğtişaşyaratma elementləri daşıyan əməllərini qəti şəkildə qınayaraq, beynəlxalq ictimaiyyəti bu kimi hadisələrdə ayıq-sayıqlıq göstərməyə dəvət etdik. Bunu da qeyd edim ki, 12 iyul hadisələri zamanı da Meksika Parlamentinə, Meksikanın Azərbaycandakı səfirliyinə müraciətlər ünvanlamış, onları haqlı mübarizəmizdə hər zaman olduğu kimi, yenə də bizə dəstək olmağa dəvət etmiş, eyni zamanda Azərbaycanın yanında olduqları üçün minnətdarlığımızı çatdırmışdıq. Məlumat üçün deyim ki, Ermənistan ordusunun Tovuza hücumunu pisləyən və mövqeyimizi müdafiə edən ilk ölkələrdən biri də məhz Meksika oldu".

Anar
Xəbəri paylaş