Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnsan alveri və məişət zorakılığına məruz qalan şəxslər üçün nəzərdə tutulan sığınacaqlara gigiyenik vasitələr verilib



Newscenter.az.27.07.2020. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi sığınacaqların şəxsi qoruyucu və gigyena, məişət təmizlik vasitələrinə olan əsas ehtiyaclarını qarşılamaqla onları dəstəkləməkdə davam edir

Azərbaycanda Koronavirusun yayılması və hərəkət məhdudiyyəti insan alveri qurbanları üçün nəzərdə tutulan qeyri-hökümət təşkilatlarının nəznindəki sığınacaqların şəxsi qoruyucu və məişət təmizlik vasiətləri təchizatında çətinliklər yaradıb. BMqT-nin Azərbaycan nümayəndəliyindən Newscenter.az-a bildirilib ki, ABŞ-ın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə insan alveri və məişət zorakılığına məruz qalan şəxslər üçün nəzərdə tutulan sığınacaqlara sabun, yuyucu və dezinfeksiya edici vasitələr, əlcək, üz maskaları və digər təmizlik vasiətlərinin daxil oduğu şəxsi və məişət gigiyena məshullarını ianə edib.

BMqT hazırda insan alveri qurbanlarına və vətəndaş cəmiyyəti təşkilatlarının sığınacaqlarında yerləşdirilmiş insan alveri və məişət zorakılığına məruz qalan şəxslərə birbaşa yardım göstərməyə davam edir.

Sevinc
Xəbəri paylaş