Newscenter.az.27.07.2020. Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reydlər zamanı sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan qaydaları pozaraq qeyri-qanuni yollarla rayona istirahətə gələn şəxslər barəsində tədbirlər görülüb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən qaydalarını pozan ümumilikdə 16 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər 200 manat miqdarında cərimələniblər.
Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edənlər də olub.
Mehman