Azərbaycanda daha 363 nəfər COVİD-19-a yoluxdu
Tarix: 29-07-2020, 17:07
Newscenter.az.29.07.2020. Azərbaycanda daha 363 nəfər koronavirus infeksiyasına yoluxub.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Bildirilib ki, son sutka ərzində 8 nəfər koronavirus xəstəsi vəfat edib, 622 nəfər isə sağalıb.
İyulun 29-a olan məlumata görə, 9817 test edilib.