Newscenter.az.29.07.2020. Ekologiya və Təbii Sərbətlər Nazirliyi (ETSN) istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulmasına görə “Gilan İnşaat” MMC barədə inzibati protokol tərtib edib.
“Report”un əldə etdiyi məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 266.1-maddəsi ilə tərtib edilən protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki,İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə (Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına) görə hüquqi şəxslər 8 500 manatdan 10 000 manatadək məbləğdə cərimə edilir.