Newscenter.az.29.07.2020. "Ermənilərin bu torpaqlarda gözü var. Yüz ildən artıqdır ki, Türkiyə və Azərbaycanda qətliamlar, soyqırımlar həyata keçirən ermənilər bu günlərdə Tovuzda 12 əsgərimizi şəhid etdilər”.
Newscenter.az. xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlu deyib ki, ermənilər Avropa və Rusiyanın müxtəlif şəhərlərində üzərində ASALA yazılmış köynəklər geyərək türklərə qarşı fiziki güc nümayiş etdirirlər:
“Ermənilərin bu təxribatları və hücumlarını şiddətlə qınayırıq. Hesab edirik ki, Türkiyədə qaçaq yolla yaşayan ermənilər dərhal ölkəmizi tərk etməlidirlər. Bir zamanlar yüzdə 87-i Türk olan qədim torpaqlarımızda, bugün bir dənə belə Türk yaşadılmadığı halda, nə üçün bizim ölkəmizdə on minlərlə erməni qaçak olaraq yaşamaqda və işləməkdədir? Türk vətəndaşı olan ermənilərlə bizim heç bir probleminiz yoxdur”.
İSTAD sədri deyib ki, dünya mərhəməti görmək istəyirsə buna baxsın:
“Bu gün Ermənistanda bir nəfər belə Türk yaşamır. Ancaq Türkiyədə 150 min ətrafında qeydiyyatda olmayan erməni yaşayır. Türkiyə vətəndaşı olan ermənilər isə bu rəqəmdən xaricdir. Türkiyədə yaşayan heç bir erməniyə bu güne qədər sən ermənisən kimi yanaşma olmayıb. Türk vətəndaşı hansı haqqa sahibdirsə, onlar da eyni haqlara sahib olaraq yaşamaqdadırlar. Ancaq ölkəmizdə qaçaq yolla çalışan ermənilər dərhal deport edilməlidirlər”.
Mehman