Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada maşın qaçıran şəxs həbs edilib



Newscenter.az.8.08.2020. Quba rayon sakininin avtomobilini qaçıran şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Quba rayon sakini Sərxan Məmmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus “VAZ-2107” markalı avtomobilinin axşam saatlarında qaçırıldığı barədə məlumat verib.

Polis əməkdaşları tərəfindən “isti izlərlə” və peşəkarlıqla həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törədən rayon sakini Fuad Şıxalıyev qısa müddət ərzində qaçırdığı nəqliyyat vasitəsi ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilib.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. F.Şıxalıyevin başqa cinayət hadisələrində iştirakı edib-etməməsi araşdırılır.

Mehman
Xəbəri paylaş