Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Fatma Yıldırımın təşəbbüsü ilə "Su israfına dur deyək, təbii sərvətlərimizi qoruyaq!" adlı aksiyaya başlanılıb



Newscenter.az.15.08.2020. Milli Məclisin deputatı Fatma Yıldırımın təşəbbüsü ilə "Su israfına dur deyək, təbii sərvətlərimizi qoruyaq!" adlı aksiyaya başlayıb.

Newscenter.az deputata istinadən xəbər verir ki, Bərdə rayonu 93 saylı seçki dairəsi üzrə apardıqları monitorinq nəticəsində hazırda ərazi üzrə 22 yaşayış məntəqəsində əhalinin ümumi istifadəsində olan çeşmələrdə suyun fasiləsiz olaraq boşuna axması müəyyən edilib:

“Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olaraq bu məsələ məni çox narahat edirdi. Bununla bağlı fikirlərimizi iyulun 1-də Azərsu ASC-nin sədri Qorxmaz Hüseynovla, komitə üzvləri arasında Milli Məclisdə baş tutmuş respublikada içməli və tullantı su təchizatı məsələlərinin müzakirəsinə həsr olunmuş görüşdə də səsləndirdik”.

Xəbəri paylaş