Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın qonşuluğunda YENİ VİRUS yayıldı - 100-dən çox xəstə var



Newscenter.az.10.09.2020. Rusiyanın Novqorod bölgəsindəki A.I.Qorev adına Şimskaya orta məktəbinin 100-dən çox şagirdi xəstələnib.

Onlarda rinovirus aşkar edilib.Bu barədə məlumatı Koronavirusla Mübarizə Qərargahının regional əməliyyat bürosu yayıb.Xəbərə görə, xəstələrin hamısının vəziyyəti qənaətbəxşdir.Açıqlamada bildirilib ki, məktəbin şagird və işçi heyətindən götürülən nümunələr 2 istiqamətdə yoxlanılıb. Bağırsaq infeksiyası şübhəsi olan xəstələrdə patogenin DNT-si PZR testi ilə aşkar edilib. Hazırda nəticələr bakterioloji laboratoriyada müəyyənləşdirilir. ARVI simptomları olan xəstələrdə isə rinovirus aşkarlanıb.Qeyd edək ki, çərşənbə axşamı günü Novqorod bölgəsindəki orta məktəbin şagirdləri arasında 131 yoluxucu xəstəlik yayıldığı, 59 nəfərin SARS əlamətləri ilə xəstəxanaya müraciət etdiyi xəbəri yayılmışdı. Xəstələr arasında 47 ibtidai sinif şagirdi var. Uşaqlarda iki növ simptom özünü göstərir: ishal-qusma və ya boğaz ağrısı-öskürək
Xəbəri paylaş