Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı Apelyasiya Məhkəməsində dəmir qəfəslər ləğv edildi



Newscenter.az.10.09.2020. Bakı Apelyasiya Məhkəməsinin iclas zallarında mövcud olan sonuncu dəmir qəfəs sökülüb.

“Report”un xəbərinə görə, bunu vəkil Cavad Cavadov bildirib.

O qeyd edib ki, bütün dəmir qəfəslərin yerinə şüşə kabinlər quraşdırılır.

C.Cavadov deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında təqsirləndirilən şəxslərin dəmir qəfəslərdə saxlanılmasını Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinə (insan ləyaqətini alçaldan rəftar) zidd hesab edib.
Xəbəri paylaş