Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elmar Məmmədyarov Heydər Əliyev Fondunun Pakistandakı layihələrinə mane olmaq istəyənlər barədə məlumatlı olub?



Sabiq səfir: "6 il əvvəl Xarici İşlər Nazirliyinə göndərdiyim məktubda bütün detalları qeyd etmişəm"

Newscenter.az.10.09.2020.
Bu günlərdə Azərbaycanın Pakistan və Birləşmiş Ərəb Əmirliklərindəki sabiq səfiri Daşqın Şikarovun Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən genişmiqyaslı layihələrin ermənilərlə yanaşı, Azərbaycan xalqına və dövlətinə düşmən kəsilən bəzi insanlar tərəfindən ikrah hissi ilə qarşılanması, Fondun dəstəyi ilə Pakistanın müxtəlif bölgələrində keçirilən layihələrə mane olmaq məqsədilə ona dəfələrlə müxtəlif təzyiqlər göstərilməsi ilə bağlı verdiyi açıqlama ciddi marağa səbəb olub. Sabiq səfirin sözlərindən məlum olub ki, göstərilən təzyiqlərə əhəmiyyət vermədiyini görən həmin qüvvələr 2014-ci ilin oktyabr ayında Daşqın Şikarova telefon açaraq Fondun xətti ilə keçirilən tədbirlərə son veriləcəyi təqdirdə səfirə müxtəlif şirnikləndirici vədlər verərək buna mane olmağa çalışıblar. Əks təqdirdə səfirin ciddi problemlərlə qarşılaşacağını bildiriblər.

Sabiq səfirə konkret hansı qüvvələrin mane olmağa çalışdığı barədə "OLAYLAR"-ın ünvanladığı sorğuya Daşqın Şikarov cavab olaraq bildirib ki, 6 il əvvəl Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda bütün detalları qeyd edib:

"Yəqin ki, bu sənəd araşdırılıb və hansı qüvvələrin olduğunu aidiyyati qurumlar daha yaxşı bilir. Çünki 07.10.2014-cü ildə Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdiyim mıktubda həmin şəxslərin araşdırılmasını və tədbir görülməsini xahiş etmişdim".

Sabiq səfirin sözlərinə görə, ona verilən şirinikləndirici vədlərdən və təhdiddlərdən hiss olunurdu ki, həmin qüvvələrin təsir dairələri genişdir.
Elmar Məmmədyarov Heydər Əliyev Fondunun Pakistandakı layihələrinə mane olmaq istəyənlər barədə məlumatlı olub?
Xəbəri paylaş