Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Regionlarımızın idarəetmə sistemini yeniləməliyik

[center]

Newscenter.az.10.09.2020. Bu gün ölkə gündəmində ən çox müzakirə olunan məsələlərdən biri kimi rayonların quberniya və ya vilayətlər formasında birləşdirilməsi məsələsi həqiqətən də çox önəmli məsələdir. Lakin biz buna sadəcə gündəm mövzusu kimi, trend kimi yanaşmamalıyıq.

Rayonların yaxın gələcəkdə təxminən 11-12 inzibati subyekt halında birləşdirilməsi məsələsinə gündəm mövzusu olmaqdan daha çox son iki ildə ölkədə cərəyan edən köklü islahatlar prosesinin tərkib hissəsi kimi yanaşmalıyıq. Hesab edirəm ki, bölgələrimizdə idarəetmə sisteminin kardinal şəkildə dəyişdirilməsi və ya optimallaşdırılması günün tələbidir və Prezident İlham Əliyevin təşəbüsü ilə aparılan regionların sosial, siyasi və iqtisadi inkişaf siyasəti bunu qaçılmaz edir. Mövcud icra hakimiyyətləri sistemi və eləcə də bələdiyyələrin sönük fəaliyyəti şübhəsiz ki, günün tələblərinə cavab vermir. Biz bu sahədə müasir dünya təcrübəsinə və xüsusən də qardaş Türkiyənin yerli idarəetmə sisteminə istinad edə bilərik.

Türkiyənin ərazi-idarəetmə və bələdiyyələr sahəsində olduqca zəngin təcrübəsi var. Biz də bu təcrübəyə istinad edərək və ölkəmizin milli maraqlarını, inkişaf strategiyasını əsas götürərək regionlarımızın idarəetmə sistemini yeniləməli, təkmilləşdirməliyik. Yeni sistem regionların sosial-iqtisadi inkişafı üçün yeni imkanlar açacaq, rəsmi qurumlar və bələdiyyələr səmərəli fəaliyyət göstərməyə başlayacaq, vətəndaşlara xidmət daha da asanlaşacaq, həmçinin bürokratik əngəllər də minimuma endirilmiş olacaq. Zənnimcə, sovet dövrünün mirası olan rayon bölgüsünü yeni inzibati modellə əvəz etmək üçün əlverişli zəmin yaranıb.

Əlisahib Hüseynov -
Milli Həmrəylik Partiyasının (MHP) sədri
Xəbəri paylaş