Newscenter.az.11.09.2020. Seymur Əhədovun Xəzər RPİ-nin əməkdaşları tərəfindən əsassız saxlanmasına dair iddialar həqiqəti əks etdirmir.
Newscenter.az-a DIN-dən bildirilib ki, iyunun 29-da S.Əhədov yaşadığı Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən torpaq sahəsində hasar çəkilməsinə etiraz edərək, şəxsi münasibətlərin pozulması zəminində bıçaqla Arif Hümbətova xəsarət yetirib.
Faktla bağlı rayon prokurorluğunda CM-nin 128-ci maddəsi ilə başlanmış cinayət işi üzrə istintaqın aparılması Xəzər RPİ-nin İstintaq şöbəsinə həvalə edilib.
S.Əhədov barəsində 28 avqust 2020-ci ildə axtarış elan olunub və o, keçirilən müvafiq tədbirlərlə sentyabrın 10-da saxlanılaraq istintaqa cəlb olunub.
Özünü S.Əhmədovun həyat yoldaşı kimi təqdim edən Talehə Valehovanın onunla hər hansı qohumluq əlaqəsi yoxdur.
Faktla bağlı müvafiq istintaq hərəkətləri davam etdirilir.
Mehman