Newscenter.az.11.09.2020. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən jurnalistlər üçün xarici təlimçilərin iştirakı ilə onlayn formatda təlimlərin sayca ikincisi baş tutub.
Newscenter.az xəbər verir ki, “Rəqabətli xəbər istehsalı: xəbərin oxunaqlılığının artırılması” mövzusunda reallaşan onlayn təlim Türkiyənin tanınmış media təlimçisi – Marmara Üniversitetinin müəllimi, rəqəmsal media araşdırmaları, PR və kommunikasiya üzrə ekspert Dr. Ali Murat Kırık tərəfindən təqdim olunub.
Təlimdə rəqabətli xəbər istehsalının hazırlanmasından bəhs olunmuş, xəbərin oxunaqlılığının artırılması üsulları nümayiş etdirilmiş, xəbər yazarkən və ya reportaj hazırlayarkən texnoloji vasitələrdən düzgün istifadə qaydaları barədə məlumat verilmişdir. Daha sonra adıçəkilən mövzu üzrə media nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, KİVDF tərəfindən təşkil olunan təlimdə televiziya, radio, onlayn media, qəzet və jurnalları təmsil edən 25-dən çox jurnalist iştirak edib.
Sevinc