Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gədəbəydə ASAN İcra hakimiyyəti modeli qurulub



Newscenter.az.14.09.2020. “Yerlərdə vətəndaş müraciətlərinə baxılmasının keyfiyyəti aşağı olaraq qalmaqdadır. Ola bilsin ki, vətəndaşın qaldırdığı problemin yerli səviyyədə həll olunması çətindir və ya mümkün deyil. Amma vətəndaşı dinləmək, onun problemini həll edə bilməyəndə belə məmun yola salmaq vacib məsələdir”.

Newscenter.az xəbər verir ki, bu fikirləri hüquq müdafiəçisi Sahib Məmmədov səsləndirib. Onun sözlərinə görə, əgər vətəndaşın həll olunması mümkün olan problemi yerində həll olunarsa və ya həllinin mümkün olmaması ona dəqiq izah olunarsa yəqin ki, yuxarı orqanlara edilən şikayətlərin sayı da azalar:
Gədəbəydə ASAN İcra hakimiyyəti modeli qurulub

“Dövlət xidmətləri sahəsində ASAN-laşma buna parlaq misaldır. İndi qalır vətəndaş müraciətlərinin ASAN-laşdırlması. Yaxşı bir nümunə də ortadadır. Gədəbəy rayonunda heç bir əlavə insan resursları cəlb etmədən ASAN İcra hakimiyyəti modeli qurulub. Mən o rayonda son 5 ildə olmamışam. Amma dostlardan aldığım məlumata görə model özünü doğruldur. Gədəbəy RİH tərəfindən göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılıb. Gədəbəy Rayon İH tərəfindən vətəndaşlara Azərbaycan Respublikası Mülkü Məcələsinin, Ailə Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, Qanunların və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq 41 sahə üzrə göstərilən xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradılmış və mərkəzdə RİH başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işci olmaqla cəmi 7 nəfər daima orada xidmət göstərir. Fikrimcə bu nümunə başqa rayonlar üçün model olaraq təqdim edilməlidir”.

Mehman
Xəbəri paylaş