Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili və İcra Hakimiyyətinin başçısı birgə vətəndaşlarla onlayn qaydada qəbul keçirib-FOTOLAR



Newscenter.az.14.09.2020. Naftalan Şəhər İcra Hakimiyyətində keçirilən vətəndaşların növbəti onlayn qəbulunda İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Millət vəkili Anar Məmmədovla vətəndaşların müraciət və təkliflərini dinləyiblər.

Newscenter.az xəbər verir ki, fərdi qaydada və karantin rejiminin tələblərinə uyğun keçirilən onlayn qəbulda 20-dən çox vətəndaşın müraciəti dinlənilib, istək və problemləri ilə maraqlanılıb. Müraciətlərin əsas məzmunu işlə təmin olunma, torpaq sahəsi əldə edilməsi və sair məsələlərlə əlaqədar olub.

Vətəndaşları narahat edən bəzi məsələlər müzakirə zamanı həllini tapıb. Araşdırılması tələb olunan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün qəbuldan sonra müvafiq tapşırıqlar verilib. Həmçinin Millət vəkilinin səlahiyyətlərinə aid olan məsələlər həlli istiqamətində tədbirlərin görülməsi məqsədilə deputat Anar Məmmədov tərəfindən nəzarətə götürülüb.
Qəbula gələnlər onların müraciətlərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə və Naftalanda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə, eləcə də sosial həssas ailələrə göstərilən diqqət və qayğıya görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.

Anar

Xəbəri paylaş