Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Politoloq: "XİN rəhbərliyi əvvəlki kimi siyasətini davam etdirsə, Azərbaycanın xarici siyasəti fiaskoya uğrayacaq”



Newscenter.az.14.09.2020. “Azərbaycan xarici siyasətində iki istiqamətdə siyasəti inkişaf etdirməlidir. Onsuz da Qərb ölkələri ilə əməkdaşlıq yerindədir. Xüsusi ilə ərəb ölkələri və Mərkəzi Asiya respublikaları ilə bu əlaqələr çox zəifdir. Baxmayaraq ki, beynəlxalq və regional təşkilatlar çərçivəsində bu coğarafiyada olan ölkələrlə əməkdaşlıq var. Amma, bu yetərli deyil, bu format ikili əməkdaşlıq formatı çərçivəsində qurulmalıdır”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, Ermənistan həm ərəb ölkələri və İraillə, həm də Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirir:

“İşğalçı ölkənin xarici işlər naziri Zoqrab Mnatsakanyan ərəb ölkələrinə səfər edərək, Qarabağ məsələsinin islam dini ilə bağlı olmadığı konteksində danışıqlar aparır və ərəb ölkələri ilə Azərbaycan arasında münasibətlərə kölgə salmağa çalışır. Bunun nəticəsidir ki, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirliklərinin Ermənistanla sıx siyasi-iqtisadi əlaqələri mövcuddur. Hətta Ermənistan Misirlə Türkiyə arasında soyuq əlaqələrdən istifadə edib, bunu Azərbaycan üzərinə gətirir. Yaxşı, bizim XİN rəhbərliyi hara baxır?“

Politoloq deyib ki, uzun illərdir Azərbaycan XİN-nin bu iki istiqamətdə boşluğunu Ermənistan doldurur:

“Azərbaycan XİN yeni rəhbərliyinin iki istiqamətdə siyasətini inkişaf etdirməli və bu ölkələrə səfərlər təşkil etməlidir. Ermənistanın bu ölkələrlə əlaqələrinin inkiaşfının qarşısını almalıdır. İordaniya Ermənistana hərbi avadanlıqlar satır, BƏƏ Qarabağda turizm layihələrini həyata keçirir. İrəvan Misirin siyasi dəstəyini alır. Ona görə də ərəb ölkələrinə yeni strateji yanaşma olmalıdır və həyata keçirilməlidir. Yaxın Şərdə yeni siyasi açılım var. XİN İslam ölkələri deyib durmamalıdır. Sabah, bu ölkələr Ermənistana tam dəstək verə bilər”.

Politoloq qeyd edib ki, artıq Ərəb ölkələri İraillə siyasi-iqtisadi əlaqələr qurur:

“Bu siyasət Azərbaycanın da maraqlarına cavab verir. Çünki, İsraillə Azərbaycan əlaqələrində müəyyən dərəcədə ərəb faktoru da var idi. Artıq, bu baryer aradan qalxır, Azərbaycan İsraildə səfirliyini yaxın illərdə açmalıdır. Bundan sonra, Ərəb ölkələrinin Azərbaycana qarşı hər hansı bir təpkisi olmaycaq. Yaxın Şərqdə İsraillə, ərəb ölkələri ilə əməşdaşlığın başlanması Azərbaycanın bu regionla əlaqələrində yeni səhifə açmalıdır. Əgər, proseslərdə geciksək, burada Ermənistan qazanclı olacaq. Nəzərə almaq lazımdır ki, Ermənistanın İsraildə səfriliyi var və digər ərəb ölkələri ilə əməkdaşlığı genişləndirir. XİN rəhbərliyi əvvəlki kimi siyasətini davam etdirsə, Azərbaycanın xarici siyasəti bu iki istiqaməttdə fiaskoya uğrayacaq”

Mehman
Xəbəri paylaş