Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vilayət Eyvazov şöbə rəisini işdən çıxartdı



Newscenter.az.14.09.2020. Azərbaycanda polis şöbələrindən birinin rəisi vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin rəisi Lətif Cahangirov işdən çıxarılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.
Xəbəri paylaş