Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətin inkişaf etməsi üçün sağlam tənqidə çox böyük ehtiyacı var



Newscenter.az.16.09.2020. “Ölkəmiz üçün yeni bir layihəyə başlayırıq. Belə ki, ölkədə mövcud olan ümumi problemlərlə bağlı silsilə yazıları yazıb cəmiyyətimizi düşündürən problemlərin işıqlandırılmasını düşünürük. Həmin yazıların ilk olaraq bu səhifə vasitəsi ilə, ən böyük informasiya platformalarından olan Facebook sosial şəbəkəsində maksimum dərəcədə yayımlanmasına, daha sonra isə müntəzəm olaraq yazılarımın dərc olunduğu müxtəlif saytlar vasitəsilə və televiziyalarımızda yayımlanmasına çalışacağıq”.

Newscenter.az. xəbər verir ki, bu fikirləri siyasi ekspert Xəyal Bəşirov səsləndirib. O, bildirib ki, ölkə başçısının öz çıxışlarında tez-tez səsləndirdiyi kimi ictimai nəzarət funksiyamızı layiqincə yerinə yetirmək və cəmiyyətdə mövcud olan mühüm problemlərlə bağlı dövlət rəhbərliyinə lazımi siqnalları vaxtında çatdırmaq üçün bu metodun ən uyğun variant hesab edir:

“Bununla bağlı hər birinizdən cəmiyyətimizdə mövcud olan bütün ümumi problemlərlə (fərdi və şəxsi problemlər istisna olmaqla) bağlı müzakirələrin aparılmasında bizimlə bu səhifəmiz üzərindən əməkdaşlıq etməyinizi xahiş edirik. Eyni zamanda daha çox insanın məlumatlanması üçün bu paylayışımı mümkün qədər bəyənib paylaşmağınızı rica edirik. Hər bir şəxsə münasibətdə olduğu kimi, dövlətə münasibətdə də, onu qeyri səmimi və arqumentsiz tərifləmək ən az dövləti əsassız və qeyri-sağlam tənqid atəşinə tutacaq qədər zərərlidir. Dövlətin inkişaf etməsi üçün sağlam tənqidə çox böyük ehtiyacı vardır”

Anar
Xəbəri paylaş