Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəmizə qarşı xarici təhdidlər bundan sonra daha da genişlənəcək



Newscenter.az.16.09.2020. “Ölkəmiz ətrafında siyasi-hərbi nizam ciddi dəyişir və bunun ölkəmizə təsirləri qaçılmazdı”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə deyib ki, ölkəmizə qarşı xarici təhdidlər bundan sonra daha da genişlənəcək:

“Xüsusilə Rusiya və İran tərəfindən bu təhdidlərin olması istisna deyil. Hər iki ölkə məhz Ermənistan vasitəsilə ölkəmizə qarşı provaksiyaları həyata keçirəcəklər. Bir neçə ildir ki, Qərbin aparıcı şirkətlərinin ölkəmizdə olması, həmin dövlətlərin Azərbaycana müəyyən kəsimdə siyasi dəstək veriblər. Dünya nizamının sürətlə dəyişməsi, neft qiymətlərinin kəskin ucuzlaşması, Azərbaycan neftinin tükənməkdə olması, İngiltərə və digər aparıcı şirkət sahibləri olan ölkələrin Azərbaycana marağı azalmaqdadır. Nəzərə alaq ki, Qərbin böyük şirkətləri BP, TOTAL və digər siyasi-iqtisadi əhəmiyyətli şirkətlərin Azərbaycandan getməsi, Rusiyanın regionumuza diqqəti daha da artmaqdadır”.

Politoloq deyib ki, əvvəlki illərdən fərqli olaraq Rusiyanın ölkəmizə qarşı təzyiqləri və Ermənistan vasitəsilə təhdidləri yeni mərhələyə keçib:

“Rusiyanın pərdəarxası təhdidləri elə bir səviyyəyə gəlib ki, rəsmi Bakı Türkiyə ordusunu Azərbaycana dəvət etməsi ilə nəticələndi. Bu probelemlər fonunda Azərbaycan prezidenti birbaşa Putinə açıq şəkildə narazılığını bildirdi. Təkcə burada Ermənistana silah daşınması deyil. Bəllidir ki, Rusiya Ermənistanı daima silahlandırır. Qeyd edim ki, Rusiya müdafiə nazirinin Azərbaycana gəlişi heç də xoşməramlı bir səfər deyildi. Moskva konkret şəkildə Azərbaycana qarşı açıq təhdidlərlərlə oynayır. Ermənistanı silahlandıraraq yeni müharibəyə sürükləyir. Göründüyü kimi Qərb ölkələrinin Azərbaycana diqqəti azalması, aparıcı şirkətlərin ölkəmizdən getməsi Rusiyanı hərəkətə gətirir”.

Məhəmməd Əsədullazadə bildirib ki, ökə daxilində "5-ci kolunun" aktiv olması, bu qrupun neçə ildir iqtidarın yuxarı eşalonunda təmsil edilməsi, milli sərvətləri talaması, artıq ölkəni kifayət qədər ciddi təhdidlərlə üz-üzə qoyub:

“Hazırda dövlət başçısı İlham Əliyevin bu qrupu zərərsizləşdirməsi, hakimiyyətdən uzaqlaşdırması yeni bir siyasi mərhələyə keçidi özündə ehtiva edir. Proseslər o qədər ciddidir ki, xarici təhlükə ilə daxili təhlükə sinxron rol ala bilər. Qeyd edim ki, daxili siyasətdə möhkəmlənmək, ölkənin siyasi kursunu avrointeqrasiya kursu əsasında aparmaq, Türkiyə ilə birgə siyasi-hərbi koordinasiyalı hərəkət etməklə, Rusiya və digər ölkələrdən gələn təhlükələri neytrallaşdırmaq olar. Bununla da Qarabağ məsələsində təşəbbüsü ələ almaq mümkündür”.

Mehman
Xəbəri paylaş