Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədəki bütün soydaşlarımız Azərbaycan dövlətinin yanındadır



Newscenter.az.28.09.2020. İşğalçı Ermənistanın 27 sentyabr tarixli genişmiqyaslı hərbi təxribatı Türkiyədə yaşayan soydaşlarımızın və fəaliyyət göstərən diaspor təşkilatlarının hiddətinə səbəb olub.

Newscenter.az xəbər verir ki, diaspor təşkilatlarının birgə bəyanatında bildirilib ki, soydaşlarımızın bazar günü Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini intensiv atəşə tutması xəbərini almaqla başlayıb. "Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərində mülki əhali və hərbi qulluqçular arasında həlak olanların və yaralıların olması barədə rəsmi açıqlamalar Türkiyədə böyük hiddət yaratdı. Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək orduya cavab vermək göstərişinə dair rəsmi xəbərdən dərindən həyəcanlandıq".

Qeyd edilib ki, Türkiyədə fəaliyyət göstərən bütün qeyri-hökumət təşkilatları bu haqq işində Azərbaycanın yanındadır. "30 ilə yaxındır ki, Azərbaycan ərazilərini işğal edən Ermənistan Xocalıda yüzlərlə insanı qətlə yetirib. Biz Cənubi Qafqazda günahsız insanları qətlə yetirməyə qanlı möhür vuran, beynəlxalq hüquqa məhəl qoymayan, havadarlarından aldiği dəstəklə müharibə oyunları axtarışında olan Ermənistanı kəskin şəkildə qınayırıq".

Bəyanat müəllifləri hesab edirlər ki, Azərbaycana hücum və məsum insanların qətlə yetirilməsi Ermənistanda siyasi və iqtisadi böhran səbəbindən 8 oktyabr tarixində Paşinyan hökumətinin istefası tələbi ilə keçirilməsi planlaşdırılan mitinqdən xalqı yayındırmağa xidmət edir. "Bu hücum Paşinyan hökumətinin yol verdiyi əxlaqsızlıq nümunəsi kimi tarixdə qalacaq".

Sonda bəyan edilib ki, soydaşlarımız Türkiyə dövlət orqanlarının hər bir məsələdə olduğu kimi bu haqq işində də Azərbaycanın yanında olduğunu bəyan etməsini boyük minnətdarlıq hissi ilə qarşılayıblar. "Bütün soydaşlarımız Azərbaycanın yanındadır. Səninləyik, Azərbaycan! Azərbaycan dövlət başçısının dediyi kimi, "şəhidlərimizin qanı yerdə qalmayacaq!".
Bu bəyanatla aşağıdakı təşkilatlar çıxış ediblər:

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyi (YAYDER), İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi (İSTAD), Azərbaycan Təhsil və Kültür Dərnəyi, Bursa-Azərbaycan Kültür Dərnəyi, Eskişəhər Azərbaycanlılar Dərnəyi, Gənc Azərbaycanlılar Dərnəyi, ”Lady Radio”-su, Kocaeli Derince Azərbaycan Evi Dərnəyi, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi, Qars Azərbaycan Evi Dərnəyi, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF), TADDEF Ankara Azərbaycan Kültür və Həmrəylik Dərnəyi, “Can Azərbaycan” Media Şirkəti, Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi, İğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi, Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER), TADDEF Iğdır-Azərbaycan Evi, Adana-Azərbaycan Kültür və Dayanışma Dərnəyi, Adana-Azərbaycan İş və Məslək Sahibi Qadinlar Dərnəyi, Antalya-Azərbaycan Evi Dərnəyi, Antalya-Azərbaycan Kültür və Dayanışma Dərnəyi, İzmir-Azərbaycan Qardaşlıq və Əməşdaşlıq Dərnəyi (AKİDER), İzmir- Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyi, İzmir-Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi, “Çağdaş” Azərbaycan Kültür Dərnəyi, Edirne-Azərbaycan Evi Dərnəyi, Türkiyə Azərbaycan Dərnəyi (TÜRKAZDER) Iğdır şöbəsi, İstanbul- Azərbaycan Kültür Evi, Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası. Turgutlu Azərbaycan Kültür Dərnəyi. Ankara Azərbaycan Evi Dərnəyi, Amasya- Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyi, Azərbaycan Dil, Tarix, Mədəniyyət Araşdırma Mərkəzi, Azərbaycanlı Həkimlər Dərnəyi (AHD), İstanbul-Azərbaycan Dostluq Dərnəyi, “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi, Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi, İstanbul-Azərbaycan Teleteatrı, Azərbaycan Mədəniyyət,Təhsil və Həmrəylik Dərnəyi, “Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyi, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi (Hazarfem), Anka Azərbaycan Rəqs və Sənət Klubu, İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Azerbaycan Kültür ve Dayanışma Topluluğu, Araz Doğa Sporları ve Kültür Klubu Dərnəyi, Azərbaycan-Turkiyə Ortaq Milli Düşüncə Dərnəyi, Trabzon-Azərbaycan Təhsil, Kültür və Həmrəylik Klubu, Heydər Əliyev adına Azərbaycan məktəbi, Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyi, Dərnəyin nəzdində Hüseyn Cavid adına məktəb, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimov adına məktəb, Balıkesir Azərbaycan Evi Dərnəyi, Çanakkale Azərbaycan Evi Dərnəyi, Amasya-Azərbaycan Kültür Dərnəyi, Amasya-Azerbaycan Türkleri Kültür Sanat və Dayanişma Dərnəyi, Samsun Azərbaycan Kültür və Dayanışma Dərnəyi. “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyi, Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyi (AGAH), Azərbaycan Milli Rəqs və Kültür Dərnəyi, Mübariz Kültür Təhsil və Sosial Yardımlaşma Dərnəyi, Azərbaycan Gənclərinin İstanbul Hərəkatının (AGİH), İstanbul Universiteti Azərbaycan Türkiyə Qardaşlıq və Həmrəylik Topluluğu, Celal Bayar Üniversitesi Manisa Azerbaycanlı Öğrenciler Topluluğu, Bursa Uludağ Üniversiteti Azərbaycan İncəsənət və Mədəniyyət Birliyi, Düzce Üniversitesi Türk Dünyası Topluluğu, ZONGULDAK Bülent Ecevit universiteti Azərbaycan Kültür Topluluğu, Azərbaycan Gənclik Təşkilatının (Bardin), Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi - AGİH, Konya Azərbaycanlı Tələbələr Birliyi, Sakarya Universiteti Azərbaycan-Türkiyə Qardaşlıq Birliyi, Manisa Azərbaycanlı Tələbələr Birliyi, Kocaeli Azərbaycanlı Tələbələr Birliyi, Qars-Azərbaycan Qafqaz Kültürləri və Həmrəylik Dərnəyi, Kayseri Azərbaycanlı Tələbələr Birliyi, Burdur Mehmet Akif Ersoy üniversitesi Azərbaycanlı Tələbələr Topluluğu, Muğla Universiteti Azərbaycan Kültür və Həmrəylik Cəmiyyəti, Kastomonu-Azərbaycan Universiteti Azərbaycan Kültür və Həmrəylik Topluluğu, Konya Azərbaycanlı Tələbələr Birliyi, Erzurum Azərbaycanlı Tələbələr Birliyi, Bursa Uludağ Universiteti Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi.
Xəbəri paylaş