Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düşmənin atdığı silahların düşdüyü yerlərə baxmaqdan çəkinmək lazımdır-XƏBƏRDARLIQ



Newscenter.az.1.10.2020. 27 sentyabr 2020-ci il tarixdə Ermənistan hərbi qüvvələrinin Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı növbəti təxribatının qarşısının alınması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həyata keçirdiyi əks həmlələri davam etməkdədir. Azərbaycan ordusunun zərbələrindən azğınlaşmış Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı şəhər və kəndlərimizi intensiv atəşə tutmaqda davam edir. Bu zaman iriçaplı silahlardan xüsusilə də ağır artileriyadan istifadə edir.

Newscenter.az-ın xəbərinə görə, Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi Ermənistan ordusunun atəşi altında olan ərazilərdə yaşayan əhalimizə müraciət edərək bildirir ki, partlamamış hərbi sursatlara toxunmaq qətiyyən olmaz. Ümumiyyətlə təhlükəsizlik baxımından düşmənin atdığı silahların düşdüyü yerlərə baxmaqdan çəkinmək lazımdır. Kiçik uşaqlarda və məktəblilərdə maraq hissinin çox olduğunu nəzərə alaraq onları partlamamış hərbi sursatlardan qorumaq lazımdır. Bizim öz təcrübəmiz və beynəlxalq təcrübə göstəriri ki, kiçik uşaqlar və məktəblilər maraq hissinin qurbanı olurlar.

Bunları nəzərə alaraq əhalimizə müraciət edərək bildiririk ki, partlamamış hərbi sursatlara toxunmamaqla arxa cəhbədə fəaliyyət göstərən dövlət strukturlarının (tibbi xidmət, DİN, FHN və s) normal işinə tövhə vermiş olarlar.

Mehman
Xəbəri paylaş