Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düşmənin Tərtərə atdığı top mərmisi nəticəsində rayon sakini vəfat edib



Newscenter.az.1.10.2020. Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşına rayon sakinləri məlumat verib.

Oktyabrın 1-i saat 8:30 radələrində düşmənin növbəti dəfə atdığı top mərmilərindən ikisi şəhərin mərkəzinə düşüb. Nəticədə bir nəfər həlak olub.

Top mərmisinin düşdüyü ərazidə olan obyektlərə ziyan dəyib.
Xəbəri paylaş