Newscenter.az.1.10.2020. “Rusiyanın 1-ci kanalında çıxış edən hərbi ekspert İqor Korotçenko Ermənistanın aqressor ölkə olduğunu, müharibənin Azərbaycan dövlətinin ərazilərində baş verdiyini və ən önəmlisi, cənab Prezident İlham Əliyevin kanala verdiyi müsahibədə obyektiv və olduqca konstruktiv fikirlər söylədiyini auditoriyaya çatdırıb. Müharibənin Azərbaycan torpaqlarında getməsi KTMT (ODKB) - nin müdaxiləsini mümkünsüz edir”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev səsləndirib. O, qeyd edib ki, hazırda Ermənistanın faşist rəhbərliyi öz xalqına qarşı istənilən təxribatı reallaşdıra bilər:
“Məqsəd isə aydındır. Rusiya və digər KTMT üzv ölkələrini münaqişəyə cəlb etmək. Digər tərəfdən qonşu ölkələr də erməni yalanlarına artıq inanmaq istəmir. Paşinyan müasir raket kompleksləri ilə bu gecə ya sabah Ermənistan ərazisində yerləşən istənilən qəsəbəni yerlə yeksan etsə təəccüblü gəlməsin. Dünya təcrübəsində müharibələr zamanı ən humanist addımı Azərbaycan rəhbərliyi, Azərbaycan ordusu ataraq, ermənilərə Qarabağı ölmədən tərk etməyi təklif edir. Erməni xalqı bu təklif üzərində ciddi düşünməlidir”.
Mehman