Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda "Ya Qarabağ! Ya Ölüm!"adlı mitinq keçiriləcək



Newscenter.az.2.10.2020. Türkiyənin İstanbul şəhərində "Ya Qarabağ! Ya Ölüm!"adlı mitinq keçiriləcək.

İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin İctimaiyyətlə əlaqələr departamentindən Newscenter.az-a bildirilib ki, mitinqin məqsədi son günlər cəbhədə yaşanan gərginliklərlə bağlı Azərbaycana dəstək vermək, şəhid olan hərbçilərimizi yad etmək və Ermənistanın işğalçı və terrorçu siyasətinə, əl atdığı təxribatlara etiraz etməkdir.

4 Oktyabr tarixində saat 14:00-da Bəyazid Meydanında baş tutacaq tədbirin təşəbbüskarları İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi, Turan Ocaqları və Bütöv Azərbaycan Ocaqlarıdır.

Xatırladaq ki, sentyabrın 27-si saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatına başlaması barədə qərar verilib.

Mehman

Xəbəri paylaş