Newscenter.az.2.10.2020. “Hamımız bilirik ki,Dağlıq Qarabağ və ətraf ərazilərimiz dağlıq ərazilərdir. Oranın təbii və relyef şəraiti də çox ağırdır. Amma bu maneələrə baxmayaraq Azərbaycan Ordusu irəliləyir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, ön cəbhədə olduğu kimi arxada da düşmənin resursu tükədilir: “Biz Azərbaycan Ordusu ilə fəxr edirik”.