Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Düşmənin atdığı mərmilər nəticəsində Tərtərdə 220 evə ziyan dəyib



Newscenter.az.4.10.2020. Sentyabrın 27-dən oktyabrın 3-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər şəhərinin artilleriya atəşinə tutulması nəticəsində mülki vətəndaşlara məxsus neçə evə və inzibati binaya ziyan dəydiyi məlum olub.

Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunan əməkdaşı xəbər verir.

Oktyabrın 3-də düşmənin atdığı top mərmiləri nəticəsində 11 ev tamamilə dağılıb, 37 evə isə ziyan dəyib.

Çoxmərtəbəli yaşayış binasında 15 mənzilə, 8 ticarət obyektinə zərər dəyib.

Ümumilikdə Tərtərdə 16 sosial obyektə və 220 evə ziyan dəyib.

Oktyabırın 2-si gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün və bu gün də Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir. Hazırda döyüşlər davam edir.
Xəbəri paylaş