Newscenter.az.4.10.2020. Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Ermənistanın yeni hərbi təcavüzünə qarşı həyata keçirdiyi əks-hücum əməliyyatlarına növbəti dəfə dəstək verib.
"Report"un xəbərinə görə, Nazirliyin "Twitter" səhifəsində bununla bağlı paylaşım edilib.
Nazirliyin təqdim etdiyi şerin bəndi belədir:
Eşqimiz, sevdamız könlümüzdədir bizim,
Dərdimiz, diləyimiz dərindədir bizim,
Taleyimiz bir yazılmış ağ alnımıza,
Gücümüz, ürfanımız birliyimizdədir bizim!
“Türkiyə-Azərbaycan” şüarı ilə dövlət bayraqlarımızın qoşa dalğalandığı paylaşıma iki qardaş ölkənin Silahlı Qüvvələrinin birgə təlimlərindən çəkilmiş fotolar əlavə edilib.