Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan gəncləri riyakar siyasətçilər və jurnalistləri qınadı



Newscenter.az.5.10.2020. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Ermənistan silahlı qüvvələrinin son günlər Azərbaycanın mülki əhalisini kütləvi surətdə hədəfə alması ilə bağlı dünya ictimaiyyətinə müraciət edib.

Newscenter.az-a daxil olan bəyanatda, Azərbaycanın mülki əhalisi və infrastrukturuna qarşı Ermənistanın planlı şəkildə həyata keçirdiyi və çoxlu sayda insan tələfatına səbəb olan raket zərbələri kəskin surətdə pislənilir və bunun dünya ictimaiyyətinin Ermənistanın beynəlxalq hüququ dəfələrlə kobud surətdə pozmasına qarşı biganəliyindən qaynaqlandığı vurğulanır.

Gənclərin Milli Ordumuzun beynəlxalq hüquq çərçivəsində adekvat tədbirlərini tam dəstəklədiyi qeyd edilərək, bu əməliyyatların Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində aparıldığı xatırladılır və Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini vurması ilə bu ölkənin rəhbərliyinin özünün elan etdiyi “yeni ərazilər uğrunda yeni müharibə” siyasətini bariz şəkildə nümayiş etdirdiyi diqqətə çatdırılır.

Bəyanatda həmçinin, Azərbaycan gənclərinin üçüncü tərəflərin bəzi media mənsubları və siyasətçilərinin, məsələdən xəbərsiz olmaları üzündən və ya qəsdən, Ermənistanın təcavüzünə haqq qazandırmağa çalışmaları ən kəskin şəkildə pislənilir və aparıcı beynəlxalq təşkilatların münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə məhəl qoymayan Ermənistanın son hərəkətlərinə lazımi hüquqi qiymət verməsi tələb olunur.

Sevinc
Xəbəri paylaş