Newscenter.az.5.10.2020. “Ermənistanın hücumları nəticəsində sentyabrın 27-dən indiyə qədər 24 nəfər mülki şəxs həlak olub. Onlardan 5-i qadın, 3-ü uşaqdır”.
"Report" xəbər verir ki, bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Günay Səlimzadə bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, indiyədək 121 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb: “Onlardan 30-u qadın, 7-i isə uşaqdır”.