Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

 Dövlət Komitəsi Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib


Newscenter.az.6.10.2020. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna pul vəsaiti köçürüb.

Newscenter.az-a qurumdan bildirilib ki, Dövlət Komitəsinin rəhbər şəxsləri könüllü olaraq bir aylıq əmək haqqlarını Silahlı Qüvvələrə Yardım Fonduna ianə ediblər.

Dövlət Komitəsi müzəffər Azərbaycan ordusunun tezliklə tam qələbə qazanacağına əmindir və hər zaman onlara dəstək verməyə hazırdır.

Sevinc
Xəbəri paylaş