Müdafiə naziri: "Düşmən “İsgəndər” raketlərindən istifadə edəcəyi halda adekvat tədbir görüləcək"
Tarix: 6-10-2020, 15:13
Newscenter.az.6.10.2020. "Düşmən tərəfindən "İsgəndər" əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcək".
Newscenter.az xəbər verir ki, bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 6-da xüsusi xidməti müşavirədə deyib.
Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.